Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Türkiyədə bir ayın gəlini ərini və özünü güllələdi – Fotolar

Türkiyədə bir ayın gəlini ərini və özünü güllələdi – Fotolar

Türkiyənin Sivas şəhərində 1 ay öncə ərə gedən qadın ərini güllələyib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 20 yaşlı Hatice İşçi hələlik bilinməyən səbəbdən əri Rahmi İşçini yuxuda olarkən güllələyib.

Digər otaqdan səsi eşidən Haticenin anası otağa daxil olanda kürəkəninin qan içində oduğunu görüb. Elə bu zaman Hatice silahı başına dayayaraq özünü də güllələyib.

Güllənin çənəsindən girib başından çıxdığı Rahmi İşçi ağır halda xəstəxanaya yerləşdirilib. 20 yaşlı gəlin isə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Məlumata görə, H.İşçi 1 ay öncə R.İşçiyə “qaçaraq” onunla ailə qurub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın