Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb?

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb?

Bu gün İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb.

” Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz, həm də quru yolu ilə basqını reallaşdırıb. “Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb.

Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZE 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir. Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.

Saytın əldə etdiyi məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur. Sürücü isə Fəqan Bəylarovdur.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …