Ana səhifə / Araşdırma / Tümendə “Şah” ləqəbli “qanuni oğru” tutulub

Tümendə “Şah” ləqəbli “qanuni oğru” tutulub

Tümen vilayəti polisinin cinayət axtarışı şöbəsinin əməkdaşları Zaqafqaziya respublikalarından birinin vətəndaşı olan, 1975-ci il təvəllüdlü “qanuni oğru”nu yaxalayıblar. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, cinayət aləmində “Şah” ləqəbi ilə tanınan şəxs onunla bağlı operativ informasiya daxil olduqdan sonra Tümendə küçələrdən birində tutulub.

O, saxlanılan zaman müqavimət göstərərək hüquq-mühafizə orqanlarından yayınmaq istəsə də, buna nail ola bilməyib. Üzərinə baxış keçirilən zaman “Makarov” tipli tapança da götürülüb. Məhz bu silah onun barəsində cinayət işinin açılmasına səbəb olub. İndi müstəntiqlər onun hansısa cinayətlə bağlı olub-olmadığın araşdırır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın