PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, bu faciə ayaqyoluna düşən telefonu çıxartmağa cəhd edən zaman qeydə alınıb.

Xilsasedicilərin məlumatına görə, Namanqan vilayətinin Yanqikurqan rayon sakini olan qadının işçi kimi çağırdığı iki kişi onun ayaq yoluna düşən peyk telefonunu çıxarmağa cəhd edib.

Ayaq yoluna düşən həmin şəxslər orada huşlarını itiriblər, qadın hadisə yerinə həkim çağırıb. O da quyuya düşəndə özünü pis hiss edib.

İşçi kimi tutulanlar yerindəcə ölüb, tibb işçisi isə xəstəxanaya aparılanda yolda keçinib.

Onların oksigen çatışmazlığı səbəbindən öıdükləri məlum olub.