Ana səhifə / Araşdırma / Toydan evə qayıtdı, şok keçirdi – VİDEO

Toydan evə qayıtdı, şok keçirdi – VİDEO

“5500 manat pul və qızılları aparıblar”
ARB Cənub xəbər verir ki, Cəlilabadın Seyidbazar kəndində oğurluq faktı qeydə alınıb. Hadisə kənd sakini Namiq İsmayılovun yaşadığı mənzildə baş verib.
Oğurluq hadisəsi gecə saatlarında, Namiq İsmayılov evdə olmadığı zaman baş verib. Zərərçəkənin sözlərinə görə, o, ailəsi ilə birlikdə qohumlardan birinin toy mərasimində iştirak ediblər. Toy bitdikdən sonra evinə qayıdan ev sahibi mənzilin qarət olunduğunu görüb.
Zərərçəkən Namiq İsmayılov: “Birin yarısında evə gəldim və gördüm ki, şüşəni sındırıb evə giriblər. 5 min 500 manat pul və bir də həyat yoldaşımın qızıllarını aparıblar.”
Ev sahibi deyir ki, oğrular darvaza bağlı olduğundan, həyətə hasarı aşaraq daxil olublar. Sonra pəncərənin şüşələrini sındıraraq mənzildə axtarışa başlayıblar.
Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın