Ana səhifə / Araşdırma / Tovuzda qəribə qəza baş verib: avtomobil divara dırmaşıb

Tovuzda qəribə qəza baş verib: avtomobil divara dırmaşıb

Tovuz rayonuna yağan qar yol qəzasına səbəb olub.

İbrahimhacılı kəndində sürücü İkram Bayramoğlu (Şəmkir rayon Tatar kənd sakini) idarə etdiyi “Niva” markalı avtomobili qarşıdan gələn digər maşına vurmamaq üçün əyləci basıb və sürəti azaltmağa çalışıb, lakin idarəetməni itirib.

Nəticədə, maşın yoldan çıxaraq kənardakı maneələrə çırpılıb və evlərdən birinin divarına dırmaşaraq dayanıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın