Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Tovuzda 15 nəfərin öldürmək istədiyi “Malış” kimdir?

Tovuzda 15 nəfərin öldürmək istədiyi “Malış” kimdir?

Xəbər verdiyimiz kimi 2 gün öncə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qovlar qəsəbəsində əməliyyat keçirərək, 15 nəfəri həbs edib.
Qeyd edək ki, bununla bağlı Gununsesi.org-un xəbərində həmin şəxslərin Qovlar qəsəbəsində yaşayan “Malış” ləqəbli Asif Quliyevin üstünə getdiyi bildirilirdi.
Saxlanılar şəxslərdən silah və bıçaq götürülüb. İddialara görə, həmin şəxslər “Malış”ı öldürmək üçün oraya gedib.
Saytımızın araşdırması zamanı “Malış”ın kimliyi üzə çıxıb. Bəlli olub ki, Rusiyada yaşayan Asif Quliyev cinayətkar aləmdə tanınır və iş adamıdır. Rusiyadakı bir sıra ticarət mərkəzləri onun nəzarəti altındadır.
Bu arada saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, dünən Bakıya gəlmək istəyən “Malış”ın özü Qaradağ postunda saxlanılıb. Onun da hadisə ilə bağlı ifadəsinin alındığı deyilir.
Məlumatlara görə, Asif Quliyev “Lotu Quli” kimi tanınan avtoritetlə konfiliktdə olub. Son olayın da bu çəkişmə ilə bağlı olduğu iddia olunur.
Onun Azərbaycanın bir sıra idmançı və sənət adamlarına dəstək verdiyi də bildirilir.
Gununsesi.org Asif Quliyevin bir sıra tanınmışlarla fotolarını əldə edib.
Həmin fotoları təqdim edirik.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …