Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / “TORBATİKƏN GENERAL” JURNALİSTƏ YALVARDI – Mövlan Şıxəliyevdən Pərviz Həşimliyə zəng

“TORBATİKƏN GENERAL” JURNALİSTƏ YALVARDI – Mövlan Şıxəliyevdən Pərviz Həşimliyə zəng

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev Gununsesi.info saytının baş redaktoru, vaxtilə MTN tərəfindən şərlənərək həbs olunmuş Pərviz Həşimliyə telefon açıb.

Son günlər bu saytda M.Şıxəliyevin törətdiyi çoxsaylı cinayətlərdən bəhs olunur, onun müəmmalı şəkildə cinayət məsuliyyətində cəlb olunmaması məsələsi ortaya qoyulur. İki gün əvvəl isə M.Şıxəliyevin “Bandotdel”ə aparıldığı barədə məlumat verilib. Bütün bunlardan narahat olan MTN-in “baş torbatikəni” əsəblərini cilovlaya bilməyib. Onunla Pərviz Həşimli arasındakı dialoqu təqdim edirik:

Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz?

Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi?

Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız.

Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı?

Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub.

Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir…
Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək.

Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız?

Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

movlan

Qeyd edək ki, MTN-də həbslərin başlanmasının üzərindən keçən 1 ildən artıq müddətdə barəsində ən çox ittihamlar, ifşalar ortaya çıxan MTN generallarından biri də Mövlam Şıxəliyevdir. İndiyədək onlarla zərərçəkən KİV-lərə və istintaqa şikayətlərində məhz M.Şıxəliyev tərəfindən şərləndiklərini, saxta ittihamların təhdidi altında soyulduqlarını bildiriblər. Ümumiyyətlə, MTN-in “stanokundan” keçənlərin böyük əksəriyyətinə məhz İstintaq Baş İdarəsində “torba tikilib”, bir çoxlarını şəxsən M.Şıxəliyev təhdid edərək pul tələb edib.

Lakin nə işdirsə istintaq M.Şıxəliyevin bu cinayətlərini görməzlikdən gəlib, onunla bağlı şikayətlər isə qəbul olunmayıb. Hətta zərərçəkənlərdən biri mediaya açıqlamışdı ki, Baş Prokurorluğun müstəntiqi Mövlan Şıxəliyevin əleyhinə şikayətini geri götürməsi üçün onun özünü təhdid edib.

Bəzi məlumatlara görə, çoxsaylı cinayətin təşkilatçısı və şəxsən icraçısı olan M.Şıxəliyevə qarşı belə ifrat “humanist” münasibətin kökündə, onun məsuliyyətdən kənarda qalmaq üçün hansısa qüdrətli dairə ilə razılaşması durur. Daha dəqiqi, M.Şıxəliyev cəld tərpənərək MTN-də işlədiyi illər ərzində cinayət yolu ilə topladıqlarının hansısa hissəsindən imtina etməklə, özünü məsuliyyətdən sığortalaya bilib. Yəni azadlığını satın alıb.

Bu da təəccüblü deyil, adi Azərbaycan reallığıdır. (AzPolitika.info)

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın