Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / “Topaz”dan növbəti FIRILDAQ – PULLARI QAYTARMIR

“Topaz”dan növbəti FIRILDAQ – PULLARI QAYTARMIR

Azərbaycanda yeganə qanuni mərc şirkəti olan “Topaz”ın daha bir fırıldağı üzə çıxıb.

Belə ki, Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində “Fənərbaxça” və “Beşiktaş” komandaları arasında keçirilən yarış üzrə mərc edilib. Bildiyiniz kimi, matç zamanı çıxan qarşıdurma səbəbindən görüş ikinci yarıda yarımçıq dayandırılıb. Bu halda qaydalara görə, mərc edən şəxslərin pulları geri qaytarılmalıdır.

AZINFORUM.AZ xəbər verir ki, Unikal.org-a daxil olan şikayətdə bildirilir ki, mərc şirkəti pulları geri qaytarmaqdan boyun qaçırırlar. Həmin oyun üzrə pul yatırıb, oyun dayandığı üçün geri almaq istəyən şəxslərə hər cür bəhanələr uydururlar. Bəhanələrin birində “biz bu matçı 0:0 hesablayırıq” cavabını verirlər.

Şikayətçilər isə bildirir ki, qaydalara əsasən oyun təxirə salındığı zaman mərcə qoyulan pul “Topaz” tərəfindən geri qaytarılmalıdır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …