Şənbə , Yanvar 23 2021
Ana səhifə / Araşdırma / Tonqaldan tullanarkən yandı – Yel çərşənbəsində

Tonqaldan tullanarkən yandı – Yel çərşənbəsində

Şamaxı rayon sakini ötən gün yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqalın içinə yıxılaraq xəsarət alıb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Şamaxı şəhərində qeydə alınıb.

Şamaxı şəhər sakini 1966-cı il təvəllüdlü Həsənov Tələt Əli oğlu yaşadığı məhəllədə yandırılan tonqalın üzərindən tullanarkən ayağı yanan oduna ilişdiyi üçün ocağa yıxılıb. Tələt Həsənovun başı daşa dəyib və o huşunu itirib. Ağır kəllə-beyin travması alan Tələt Həsənov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Onun əllərindən yüngül yanıq xəsarəti aldığı da bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın