Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / “Tikinti kralı”nın MTN generalı ilə biznesi, oğlunun özbaşınalığı, qardaşının yarıtmazlığı – Şükürovlardan narazılıq səngimir

“Tikinti kralı”nın MTN generalı ilə biznesi, oğlunun özbaşınalığı, qardaşının yarıtmazlığı – Şükürovlardan narazılıq səngimir

Milli Məclisin işçisi olan Rəmzi Şükürovun polisin qanuni tələbinə əməl etməyərək karantin qaydalarını kobud şəkildə pozması, yol qurğularını qıraraq ərazidən uzaqlaşması cəzasız qalmadı. Məlumata görə onun barəsində həm inzibati qaydada tədbir görülüb, həm də vəzifəsindən uzaqlaşdırılıb. Bu hadisə Şükürovların adı keçən ilk qalmaqallı olay deyildi.

Musavat.com xəbər verir ki, atası “tikinti kralı” kimi tanınan Rəmzi Şükürovun qardaşı və əmisi barədə də dəfələrlə şikayət və narazılıq dolu məlumatlar yayılıb.

 Əvvəlcə Rəmzi Şükürovun “tikinti kralı” kimi tanınan atası Əvəz Şükürov haqda…

Əvəz Şükürov Bakının bir çox rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Əvəz Şükürovun sabiq MTN generalı Mövlam Şıxəliyevin sağ əli olması, onun dəstəyi altında geniş biznes imkanları əldə etdiyi bildirilir.

WhatsApp Image 2020-04-12 at 16.18.46.jpeg (44 KB)

Ramiz Şükurov

Məlumata görə Mövlam Şıxəliyevin Azərbaycandakı tikinti və restoran biznesinə Əvəz Şükürov nəzarət edib və bir çox sahələrdə geniş şəkildə ortaqlıqları yaranıb. Mövlam Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın olub ki, hətta ölkə xaricində də biznes yaradıblar. Onların Almaniya və Türkiyədə də evləri var və qonşudurlar.

Mövlam Şıxəliyevin İmişlidə Əvəz Şükürovla olan biznesinə MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimov keşik çəkirmiş.

Əvəz Şükürov İmişlidə Araz çayının sahillərində bir neçə iri karxanaya, iri və xırda buynuzlu fermalara, obyektlərə, zavoda və villalara sahibdir. Bu bizneslərdə Mövlam Şıxəliyevin də pay sahibi olduğu deyilir.

Əvəz Şükürov Mövlam Şıxəliyevin dəstəyi ilə dövlət sifarişlərinin icra edilməsini asanlıqla ələ keçiriblər. Şıxəliyev MTN-də işlədiyi müddətdə tenderlərdən Əvəz Şükürov “qalib” çıxıb.

Şükürovların nəzarətində olan “ORİEN –E” MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yollarının çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub.

Əvəz Şükürovun övladları haqda…

Bunlardan başqa Mövlam Şıxəliyev dostu, bines ortağı Əvəz Şükürova jest olaraq onun oğlu Bayram Şükürovu MTN-də özünə köməkçi kimi götürüb. Şıxəliyev postunu itirdikdən sonra Bayram Şükürov da nazirlikdən uzaqlaşdırılıb.

Əvəz Şükürovun ikinci oğlu Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışırdı. Qanunlara əməl etməməsi, polisin qanuni tələbinə məhəl qoymaması onun işdən çıxarılması ilə nəticələndi.

Əvəz Şükürovun övladları zamanında məmur, nazirlik işçisi olsa da əksər məmurlar kimi özlərini biznes sahələrində yoxlayıblar.
Belə ki, Milli Məclisin işçisi olmuş Rəmzi Şükürov “Azər Treyd R” MMC-nin də təsisçisidir.

Rəmzi Şükürov və atasının adı Nəriman Nərimanov rayonu ərazisində aparılan tiknti zamanı sakinlərin narazılığından sonra da gündəmə gəlmişdi. Rəmzi Şükürovun rəhbərlik etdiyi tikinti şirkəti tikinti standartlarına cavab verməyən bina inşa etdiyi üçün sakinlərlə qalmaqal yaşanmışdı. Sakinlərin şikayəti mətbuatda bir neçə dəfə dərc edilib.

“Tikinti kralı” Əvəz Şükürovun qardaşı Məcnun Şükürovun da adı qalmaqaldan kənar qalmayıb. Məcnun Şükürov “İmişli Pambıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri olub. Lakin işdə yol verdiyi nöqsanlara görə kənd təsərrüfatı nazirinin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb.

Instagram

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …