Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Tibb universitetinin rezidentliyə namizədləri etiraza qalxdı – Xarici tələbələr 4000 manata görə imtahan vermir?

Tibb universitetinin rezidentliyə namizədləri etiraza qalxdı – Xarici tələbələr 4000 manata görə imtahan vermir?

Azərbaycan Tibb Universitetinin (ATU) rezidentura mərhələsində təhsil almaq istəyən və artıq birinci imtahanı vermiş bu mərhələdəki rezidentliyə namizədlər iyunun 29-da Səhiyyə Nazirliyi önündə etirazlarını ifadə ediblər.
Rezidentliyə namizədlərin etirazına səbəb rezidenturada qəbul yerləri sayının azaldılması olub.
“İlk imtahanı aprelin 21-də vermişik, o zaman rezidentura mərhələsində qəbul sayı barədə bizə heç nə deyilməyib, iyulun 8-də veriləcək ikinci imtahan ərəfəsində yerlərin azaldıldığını deyiblər”.
Namizədlərin deməsinə görə, 2016-cı yerdə rezidenturaya qəbul sayı 538 nəfər olub, 2017-ci ildə bu 504 nəfər təşkil edib, 2018-ci ildə isə bu rəqəm 504 nəfərdən kəskin azaldılaraq 332 nəfərə endirilib.
Rezidentliyə namizədlər bunun nə ilə bağlı olduğunu bilmirlər, öz təxminlərini bəyan edirlər: “Belə ki, xarici tələbələr 4000 manat ödəyərək hər hansı imtahan vermədən rezidentura mərhələsinə keçə bilirlər və təxmin edirlər ki, azaldılmanın səbəblərindən biri bu ola bilər. Amma istənilən halda namizədlərə bu barədə deyilməsini məqbul saymırlar”.
Digər tərəfdən, rezidentliyə namizədlər bunun səbəbini öyrənməyə çalışırlar.
ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov nazirliyə gələrək namizədlərin önünə çıxaraq deyib: “Biz də sizin tərəfinizdəyik, ərizə yazıb gəlin, təmsilçilərinizlə bu məsələni müzakirə edək”.
Hazırda rezidentliyə namizədlərin təmsilçilərilə şöbə müdiri arasında müzakirələr davam edir.
Rezidenturaya qəbul üzrə namizədlərdən birinin açıqlamasına görə, ərizə yazaraq bir neçə namizədlə birgə nazir müavini Nigar Əliyevaya təqdim ediblər, N.Əliyeva isə nəticələrlə bağlı namizədlərin qarşıdakı həftənin birinci günü məlumatlandırılacaqlarını bildirib.
Bundan sonra rezidentliyə namizədlər nazirliyin binasını tərk ediblər. (Turan)

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …