Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Araşdırma / “Tibb Universitetinin rəhbərliyi elə təhsil haqqı icad edib ki, kasıblar ora ayaq basa bilməzələr”

“Tibb Universitetinin rəhbərliyi elə təhsil haqqı icad edib ki, kasıblar ora ayaq basa bilməzələr”

IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içərsindədirlər. Tibb Universitetinin qəbul planınında 200-dən çox yerin ixtisar olunması, təhsil haqqının 4000-4500 manata qaldırılması uşaqları çıxılmaz vəziyyətə salıb. Şəhər məktəblərini bitirib, 600-dən yuxarı bal toplayan abituriyentlərin böyük kəsimi elə düşünür ki, rayon məktəblərini bitirənlər yüksək təhsil haqqından imtina edəcəklər və nəticədə onların şansı artacaq. Qardaş Türkiyədə azı 30 universtetin Tibb ixtasaları bir-biriləri ilə rəqabət aparırlar. Ölkədə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını arayırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti yoxa çıxır. Həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin absurd qərarlarına tabe olmalıdırlar. Ölkədə İlahiyyat İnstitutu və Bakı İslam Universiteti fəaliyyət göstərir. Ancaq insanın sağlamlığının bir “əsas” Universiteti var. O da elə təhsil haqqı icad edib ki, kasıblar ora ayaq basa bilməzələr.

Etibar Əliyev, təhsil eksperti
VIPedu.BIZ

Həmçinin oxuyun

Dövlət sirrini yayan icra başçısını hansı cəza gözləyir? – VİDEO

Sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rusiyalı jurnalistlə müsahibəsi birmənalı qarşılanmayıb. Femida.az …