Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Terrorçunun şifrəli mesajları – Gilas və badam döyüş sursatı imiş

Terrorçunun şifrəli mesajları – Gilas və badam döyüş sursatı imiş

Türkiyəyə daxil olan zaman yaxalanan terrorçunun telefonundakı “SMS”lər onu ələ verib.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu mesajlar əslində təşkilat üzvlərinin xəbərləşdikləri şifrələri ortaya çıxarıb. Belə ki, Kilisin Gülbaba kəndində tutulan terrorçunun üstündəki əşyalar rayon polis idarəsinə aparılıb. Terrorçuya aid olan telefondakı “SMS”lərdə istifadə olunan gilas və badam sözlərinin əslində döyüş sursatı olduğu məlum olub.

Mesajda yazılıb: “30 ədəd gilas və 320 ədəd badamımız var. Əgər badamı paylaya bilmirsinizsə, müəyyən hissəsini sizdən ala bilərik”.

Burada adı gedən gilas böyük ölçülü, badəm isə xırda ölçülü döyüş sursatıdır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın