Ana səhifə / Araşdırma / Terrora dəstək verən Türkiyəli deputat həbs olundu – VİDEO

Terrora dəstək verən Türkiyəli deputat həbs olundu – VİDEO

Türkiyə parlamentinin terrorla bağlı istintaq çərçivəsində saxlanılan deputatı Besimə Qönçə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.

APA TV-nin məlumatına görə, məhkəmə prosesi Batman Ağır Cəza Məhkəməsində keçirilib.

Prokuror kifayət qədər dəlillərin olduğunu bildirib və məhkəmədən deputatın azadlıqdan məhrum edilməsini xahiş edib. Besimə Qönçənin özü isə ittihamları rədd edib və bəraət istəyib.

Çıxışlardan sonra məhkəmə Besimə Qönçənin terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, Xalqların Demokratik Partiyasından deputat seçilən Besimə Qönçə daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluğun protestindən sonra yuxarı instansiya məhkəməsi onun yenidən həbsinə qərar vermiş və Besimə Qönçə mayın 29-da hava limanında tutulmuşdu.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın