Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Terror planını quran şəxs – “Təkqol” Əhməd

Terror planını quran şəxs – “Təkqol” Əhməd

İstanbulun Atatürk hava limanındakı terror aktını planlaşdıran şəxsin kimliyi müəyyən edilib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, terroçulardan biri “Təkqol” ləqəbli çeçen Əhməd Çatayevdir. O, İŞİD terror təşkilatının İstanbul qolunun başçısıdır. Hava limanında törədilən terror aktını onun planlaşdırıldığı iddia edilir.

Qeyd edilir ki, Çatayev həm də Sultanəhməd və Taksimdəki terror aktlarının təşkilatçısı kimi axtarışdadır. Hazırda polislər onun saxlanılması əməliyyatlar həyata keçirilir. İstanbulun Anadolu və Avropa hissələrində 16 ünvanda keçirilən əməliyyatlarda 13 nəfər şübhəli şəxs saxlanılsa da, Çatayevi ələ keçirmək mümkün olmayıb.

Qeyd edək ki, Çeçenistan əsilli Çatayev “Qafqaz Əmirliyi” qruplaşmasında fəaliyyət göstərib, daha sonra İŞİD-ə qoşulub. 2000-ci illərdə Rusiyada həbsxanada olarkən bir qolu amputasiya edilən Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın