Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Araşdırma / Telefon yaddaşı zədələyir (Yeniyetmələr üzərində tədqiqat)

Telefon yaddaşı zədələyir (Yeniyetmələr üzərində tədqiqat)

Mobil telefonun elektromaqnit şüası yeniyetmələrin yaddaşına mənfi təsir edir. Novator.az-ın məlumatına görə, İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun alimləri bu qənaətə gəlib.

Mütəxəssislər tədqiqata İsveçrənin 12-17 yaş arası 700 gəncini cəlb edərək radiotezlik diapazonunun elektromaqnit sahələrinin insan yaddaşına təsirini öyrəniblər.

Yekun rəydə qeyd olunur ki, insanın yaradıcı yaddaşına beynin sağ yarımkürəsi cavabdehdir. Ona görə də elektromaqnit sahələrinin yaddaşa mənfi təsiri mobil telefonla danışarkən qurğunu sağ qulağına tutan yeniyetmələrdə xüsusi nəzərə çarpır.

İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun mütəxəssislər simsiz kommunikasiyanın digər növlərinin, əsasən mesaj göndərmək, elektron oyunlar və ya internetdən istifadənin də yaddaşa təsirini araşdırıblar. Onlar bu qənaətə gəliblər ki, kommunikasiyanın belə növlərindən istifadə zamanı elektromaqnit şüası beyinə cüzi təsir edir, yaddaşı zədələmir.

Mütəxəssislər şüanın beyinə potensial təsirinin minimuma endirilməsi üçün mobil telefonla danışarkən (xüsusən şəbəkənin gücü zəif olduqda) qulaqcıq və ya səsgücləndiricidən istifadəni tövsiyə edir.

Həmçinin oxuyun

Saxta yuyucu və təmizləyici vasitələr istehsal edən sexlər üzə çıxarıldı, cinayət işi açıldı – Təfərrüat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, kölgə iqtisadiyyatının aradan qaldırılmasına, bəzi …