Ana səhifə / Araşdırma / Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb – YENİLƏNİB

Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb – YENİLƏNİB

Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.
“ Azinforum.az ” “PressTV”yə istinadən xəbər verir ki, binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.
Ölənlərin sayının artacağı istisna edilmir.
14:59
****
İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.
 Bu haqda İranın rəsmi televiziyası məlumat yayıb. (virtualaz)
14:27
****
 
İranın paytaxtı Tehran tekstil mərkəzi sayılan Plasko binasında yanğın baş verib.
Axar.az xəbər verir ki, yanğın nəticəsində 17 mərtbəli Plasko binası çöküb.
Hələlik nə qədər insanın xəsarət aldığı haqqında heç bir məlumat verilmir. Hadisə yerinə Tehranda olan bütün yanğınsöndürmə və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Üstəlik, çökən binanın altında 200 yanğınsöndürənin qaldığı ehtimal edilir.
Onlarla heç bir vasitə ilə əlaqə qurmaq mümkün olmur.
Çökən binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və İngiltərə səfirlikləri artıq təhlükəsizlik məqsədi ilə boşaldılıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın