Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik. Daha konkret desək, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. Söhbət hansı mülk və torpaqlardan gedir?
Əldə
etdiyimiz məlumatda uzun illərdir mübahisəli ərazi kimi gündəmdə olan
Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan
küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən
boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması bildirilir. Kvadrat
formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra
Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının
layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak
məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb.
Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə
tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi
dayanacaq kimi fəaliyyət göstərir və araşdırmamız zamanı bizə verilən
məlumata görə, vergisi verilmir. Daha əvvəllər də vurğulandığı kimi,
hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura
görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən
şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış,
abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada
qalıb. Qeyd edək ki, tərəfimizdən bununla bağlı BŞİH-ə sorğu
ünvanlanacaq. Eyni zamanda ərazidə fəaliyyət göstərən dayanacağın qanuni
olub-olmaması, büdcəyə ödənişlərin edilib-edilməməsini dəqiqləşdirmək
üçün Vergilər Nazirliyinə sorğu ünvanlanacaq.
F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir.
Prospektin
ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi
hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət
Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili
bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq
sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş “Moskva” mağazası). Su, qaz
və işıqla təmin olunan və təmirə ehtiyacı olan tikili on ilə yaxındır nə
tikilmir, nə də sökülüb yeri abadlaşdırılmır. Prospektdə yeni
tikililər, yeni mərkəzlər yaradılsa da, orda heç bir iş getmir ki, bu da
ümumi görünüşə xələl gətirir. Qeyd edək ki, H.Əliyev prospekti dövlət
əhəmiyyətli magistral yol hesab olunur və uzun illərdir hasara alınmış
bu ərazi ölkəmizə gələn xarici qonaqlarda heç də müsbət fikir
formalşadırmır.
F.Ələkbərova məxsus Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi əmlakların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz: