Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Tanınmış vəkil fırıldaqda ittiham olunur – MÜRACİƏT

Tanınmış vəkil fırıldaqda ittiham olunur – MÜRACİƏT

Karabakhmedia.az saytının elektron ünvanına Bakı şəhər sakinindən məktub daxil olub. Belə ki, ev alqı-satqısında başına gələn problemlərdən bəhs edən məktub birbaşa vəkil Aslan ismayılovdan bəhs edir.

Saytımıza ünvanlanan məktubu oxucularımızın ixtiyarına veririk:

“Aslan İsmayılov adında bir “vəkil” var. Çoxlarınız tanımış olarsınız. Feysbukda böyük bir səhifəsi də var. Bütün günü cəmiyyətdəki eybəcərliklərdən, haqsızlıqdan, ədalətsizlikdən, qanunun aliliyindən, hüququn üstünlüyündən yazılar yazır. Adamlar da baxanda elə bilirlər ki, aydan arı, sudan durudur…

Mən özüm uşaq evində böyümüşəm. Yoldaşım da məcburi köçkündür. 2010-cu ildə minbir əzab-əziyyətlə qazandığımız pula ən böyük arzularımızdan birini reallaşdıraraq ev aldıq. Sevincimiz çox uzun çəkmədi. Bina tikilib, başa çatdlqdan sonra sonra aldığımız “Rahat Məkan” tikinti şirkəti evi bizə verməkdən imtina etdi. Ödədiyimiz pulu da geri qaytarmadılar. Müxtəlif instansiyalara şikayət etsək də nə evi, nə də pulumuzu ala bilmədik. Axırda çarəsiz qalıb Aslan İsmayılovun feysbukda şəkilini çəkdiyi “ədalətli adam”, “köməksizlərin köməkdarı” görüntüsünə aldanıb bir vəkil kimi ona müraciət etdik. Bizə 200 manatlıq müqaviləyə qol çəkdirib, vəkillik etməsi üçün 500 manat pul aldı. Uzun-uzadı get-gəldən sonra gördük ki, Aslan İsmayılov problemimizin həlliylə məşğul olmur. Sonradan bizə məlum oldu ki, tutduğumuz vəkili tikinti şirkətinin sahibi satın alıb. Bizdən inadla evin orijinal sənədlərini istəyən Aslan İsmayılova sənədləri verməzdən öncə təsadüf nəticəsində tikinti şikətinin rəhbəriylə mehribanlıqla görüşdüyünü gördük. Səndemə şirkət rəhbərinin atasıyla dost imiş. Aldadıldığımızı anladıq. Sənədi vermiş olsaydıq tikinti şirkətinin rəhbərinə verəcəkdi və biz də daha çətin vəziyyətə düşəcəkdik. Aslan İsmayılovun vəkilliyindən imtina edib başqa bir vəkilə müraciət etdik. Uzun-uzadı məhkəmələrdən sonra prosesi udduq və ev məhkəmə qərarıyla bizə verildi. Bir ildir ki, evə köçmüşük. Bu yaxınlarda şirkət rəhbərliyi saxta bir sənəd düzəldib guya evi bizdən əvvəl başqa bir adama satdıqlarını və evin əslinda başqa adamın olmasıyla bağlı iddia qaldırıblar. Bu gün məhkəmə prosesi idi. Təsadüfə bir baxın ki, zamanında bizi aldadan Aslan İsmayılov, qarşı tərəfdən şahid qismində iştirak edirdi. Təəssüf ki, cəmiyyətimizdə çoxları Aslan İsmayılovun əsl simasını tanımırlar. Öz peşəsinə xəyanət edən belə bir adamdan nə ölkəyə, nə də millətə bir xeyir gəlməz. Bütün bunları ona görə yazdım ki, qoy heç olmasa cəmiyyətimizin müəyyən bir kəsimi Aslan İsmayılovun əslində kim olduğunu öyrənsin.

Bayramxan Kərimov”

Qarşı tərəf də münasibət sərgiləyə bilər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın