Ana səhifə / Araşdırma / Tanınmış siyasətçinin evini yardılar

Tanınmış siyasətçinin evini yardılar

Avqust ayının 14-ü Nəsimi rayonun Əlisgəndər İsgəndərov küçəsində yaşayan (19- cu polis bölməsi ərazisində) tanınmış yazar, ictimai-siyasi xadim,  Slavyan-Türk birliyi hərakatının lideri Adıgözəl Məmmədovun evi qarət edilib. 
Bu barədə Admiral.Az-a tanınmış politoloq Adıgözəl Məmmədov özü məlumat verib.
Onun sözlərinə görə, hadisə baş verən zaman o ailəsi ilə Nabranda istirahətdə olub. Geri döndükdə Bakı şəhərindəki yaşadığı mənzilin qarət olunduğunu və külli miqdarda zinyət əşyalarının oğurlandığının şahidi olub. O, ilk olaraq DİN-in qaynar xəttinə zəng etdiyini və bu soyğunçuluq haqda onlara məlumat verdiyini bildirib. Adıgözəl Məmmədovun sözlərinə görə, mənzilinə gələn polis işçiləri 19-cu polis bölməsinin ərazisində bir ay ərzində 21-ci oğurluq halının baş verdiyin deyiblər. Sonradan qonşulardan birinin şahidliyinə görə, o gecə saat 4 radələrində eyvana çıxdıqda şübhəli şəxslərin evin ətrafında dolaşdığını görüb. Lakin Post Patrul Xidməti əməkdaşlarına məxsus avtomobili evin ətrafında gördükdən sonra sakitləşərək arxayın olub və heç kəsə xəbər verməyib.
Adıgözəl Məmmədov bizim vasitəmizlə hörmətli Daxili İşlər naziri Ramil Usubova müraciət edərək bu hadisəni birbaşa öz nəzarətinə götürməyi xahiş etdi və tezliklə bu soyğunçuların həbs olunaraq qanun qarşısında cavab verəciyinə əminliyini bildirdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın