Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Tanınmış rəqqasənin qızının ‘Dalğa Beach’də üzü yarıldı – FOTO

Tanınmış rəqqasənin qızının ‘Dalğa Beach’də üzü yarıldı – FOTO

Bu gün Xəzər dənizinin Mərdəkan sahillərində yerləşən “Dalğa Beach” aqua parkında üzücü hadisə baş verib. 
Primetime.az xəbər verir ki, övladları ilə birlikdə sözügedən məkanda istirahət edən Renka təxəllüslü rəqqasə Rəna Ağamuradovanın qızı Namilə aktraksionların birində zədə alıb.
Hadisə barəsində rəqqasə məlumat verib: “Hovuza düşən atraksionda qızımı kimsə arxadan itələyib. Qışqırığının səsini eşidib, ona köməyə qaçdım. Qızımı üzü yarılmış vəziyyətdə görəndə mən də özümü saxlaya bilməyib var gücümlə qışqırıb, ətrafdakılardan həkim çağırılmasını istədim. Olduqca bahalı olan bu məkanda cəmi bir həkim çalışır. O, da qızıma heç bir yardım göstərə bilmədi. Namiləni özüm xəstəxanaya çatdırdım. İndi üzünə tikiş vurulacaq. Amma “Dalğa Beach”in rəhbərliyindən polisə şikayət edəcəm. Lazım gələrsə, məhkəməyə gedəcəm. Bu məkanın mühafizə xidməti hara baxır? Kim kimi istəsə itələyəcək, mühafizəçilər də görməzdən gələcək? Kifayət qədər pul ödədiyimiz bir məkanı, bu qədər nəzarətsiz qoymaq olmaz”.


Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın