Ana səhifə / Araşdırma / Tanınmış cərrah Fərman Ceyranlı haqqında həbs qətimkan tədbiri seçildi – Qərar

Tanınmış cərrah Fərman Ceyranlı haqqında həbs qətimkan tədbiri seçildi – Qərar

İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri, professor, tanınmış cərrah Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.
F. Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.
Qeyd edək ki, F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.
Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın