Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Araşdırma / Tanınmış azərbaycanlı blogger həbs edildi

Tanınmış azərbaycanlı blogger həbs edildi

Gənc azərbaycanlı blogger Hüseyn Əzizoğlu həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı musavat.com-a Hüseynin anası Elnarə Baxışova verib. Onun sözlərinə görə, Hüseyni yanvarın 8-də həbs ediblər.

H.Əzizoğlunun həbs edilməsinin səbəbi məhəllədə tanımadığı bir nəfərlə yüngülcə dalaşması olub. Həmin gənc polisə şikayət edib.

Anasının sözlərinə görə, bundan sonra Yasamal Rayon 29-cu polis bölməsinin əməkdaşları onu evindən tutub, aparıblar:

“Hüseynə 15 sutka həbs veriblər. Yanına da getmişdim. Vəziyyəti yaxşıdır. Onunla dalaşan gənc şikayət ərizəsini geri götürmədi. Ona görə də, həbs ediblər”.

Elnarə Baxışova deyib ki, onun həbsinin çəkdiyi videolar ilə əlaqəsi yoxdur:

“Sosial şəbəkələrdə yayılan məlumatlar düz deyil. Hüseyn dalaşdığını özü də deyir. Hər şey ona görə olub”.

Hüseyn Əzizoğlu hazırda Binəqədi inzibati cəzaçəkmə məntəqəsində saxlanılır.

“Qafqazinfo” xatırladır ki, Hüseyn Əzizoğlu sosial şəbəkələrdə məşhur olan “Üç-üz” səhifəsinin yaradıcılarından biridir. Həmin səhifənin 15 saniyəlik videolarında ictimai qınaq obyektinə çevrilən hadisələr satirik tərzdə ssenariləşdirilir.

Həmçinin oxuyun

Mirşahin Gəncə hadisələrində tutulanlar haqda faktları açıqladı – Video

Real TV-nin rəhbəri Mirşahin Ağayev Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslər barəsində bir sıra məlumatları …

Bir cavab yazın