Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Taleh Bağırov cərimə kamerasına salınıb

Taleh Bağırov cərimə kamerasına salınıb

Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırov martın 1-də cərimə kameriasına (karser) salınıb.
Vəkil Cavad Cavadov martın 2-də Taleh Bağırovla görüşüb.“Dünən Taleh Bağırzadəni 7 gun muddətinə cərimə kamerasına salıblıar. Bağırov bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq huquqi addımlar atmaq niyyetindəyəm”, Cavadov Facebook səhifəsində qeyd edir.
Taleh Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O Bakı İstintaq Təcridxanasında saxlanılır.
Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb (“Amerikanın səsi”).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın