Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Təzə Bazar” MMC-nin sahibi ölümlə hədələnməsi xəbərinə aydınlıq gətirdi

“Təzə Bazar” MMC-nin sahibi ölümlə hədələnməsi xəbərinə aydınlıq gətirdi

“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov özünün və ailəsinin ölümlə hədələnməsi və bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etməsiylə bağlı xəbər təsdiqini tapmayıb.

Belə ki, Moderator.az-ın əməkdaşı Məmmədağa İbrahimovla əlaqə saxlayaraq yayılan xəbərləri dəqiqləşdirmək istəyib. İş adamı bildirib ki, onunla Vaqif Şıxaləiyev arasında uzun zamandır mülk mübahisəsinin olduğu bəllidir, amma mətbuatda qeyd olunduğu kimi guya onun Vaqif Şıxəliyevin adamları tərəfindən döyülməsiylə bağlı gedən informasiyalar həqiqəti əks etdirmir.
Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə müxtəlif səpkili insident baş verib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın