Ana səhifə / Araşdırma / Tələbənin rüşvət videosu nümayiş etdirildi – Məhkəmə

Tələbənin rüşvət videosu nümayiş etdirildi – Məhkəmə

Bu gün Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zəka Mirağayev vəsatətlə çıxış edib.

O, İlahiyyat fakültəsinin tyutoru Aynur Məmmədova və fakültənin müəllimi Faiq Əhmədzadənin məhkəmədə ifadə verməsini istəyib.

Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov qeyd edib ki, vəsatətdə göstərilən şahidlər rüşvətlə bağlı məhkəmədə heç nə danışmayacaq:

“Hesab edirəm ki, qarşı tərəfin müvəkkilimə qarşı irəli sürdüyü rüşvət iddiasına baxmayaraq, vəsatət işi uzatmaq üçündür”.

Vəsatət təmin edilib.

Daha sonra Zəka Mirağayevin “Kanal 13” internet televiziyasına verdiyi müsahibəsi məhkəmədə nümayiş etdirilib.

Dekan müavini xüsusi ittiham qaydasında iddiasına həmin müsahibənin diskini də əlavə edib. Müsahibədə Zəka Mirağayev universitet rəhbərliyinin, konkret olaraq prorektorların Nigar İsmayılzadəni müdafiə etdiyini deyib.

Daha sonra Zəka Mirağayevin vəkili Elçin Sadıqov bildirib ki, nümayiş etdirilən kadrlarda hüquqlarını müdafiə etdiyi tələbə özünün və ya bir başqasının Nigar İsmayılzadəyə birbaşa rüşvət verdiyini deməyib. Bu səbəbdən diskə yenidən baxış keçirilib.

Növbəti proses iyunun 14-də davam edəcək.

Nigar İsmayılzadə iddia ərizəsində Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın