Ana səhifə / Araşdırma / Təcili yardım əvəzinə yanğınsöndürən çağırıldı – Xəstə öldü

Təcili yardım əvəzinə yanğınsöndürən çağırıldı – Xəstə öldü

Gəncə şəhərində qıcolma tutan şəxsin qohumları səhvən yanğın söndürənləri çağırıblar, xəstə ölüb.

“ Azinorum.az ” ın Report-a istinadən məlumatına görə, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə səhvən Fövqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğınsöndürən maşın çağırıblar.

Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, çağırış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.

Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın