Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Təcili: Fransa polisi Eynulla Fətullayevi saxladı

Təcili: Fransa polisi Eynulla Fətullayevi saxladı

Araşdırmaçı-jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb.

Virtualaz.org saytı xəbər verir ki, insident E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.

E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın