Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Təzə Pir”də əməliyyat – Əli qılınclı şəxslər tutuldu

“Təzə Pir”də əməliyyat – Əli qılınclı şəxslər tutuldu

Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.

Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın