Ana səhifə / Araşdırma / Təyyarəni qaçıran şəxs tutuldu

Təyyarəni qaçıran şəxs tutuldu

EgyptAir aviqşirkətinin A-320 təyyarəsini qaçıran şəxs həbs olunub.

Virtualaz.org Kipr Respublikasının Daxili İşlər Nazirliyinin “Twitter”dəki rəsmi mikrobloquna istinadən xəbər verir ki, girovluqda olanların hamısı azad olunub.

*   *   *15:36

EgyptAir aviaşirkətinin A-320 təyyarəsini qaçıran şəxsin Seyf-əd-Din Mustafa olduğu məlum olub.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarəni qaçıran şəxs hava gəmisinin yanacaq doldurduqdan sonra Türkiyəyə istiqamət almasını tələb edib.

*   *   *14:00

EgyptAir aviaşirkətinin A-320 təyyarəsini qaçıran misirli, Atlanta Universitetinin professoru İbrahim Samaha bildirib ki, o, təyyarəni qaçırmayıb.

Virtualaz.org Misir mətbuatına istinadən xəbər verib ki, ölkənin daxili işlər naziri Sameh Şükri baş verənlərlə bağlı deyib: “İbrahim Samaha axmaqdır, terrorçu deyil”.

Öz növbəsində, Kipr prezidenti Nikos Anastasiadis də bildirib ki, bu hadisənin terrorçuluqla heç bir əlaqəsi yoxdur.

*   *   *12:55

Virtualaz.org Misir mətbuatına istinadən xəbər verir ki, Kiprə qaçırılmış EgyptAir aviaşirkətinin A-320 təyyarəsinin göyərtəsində iki nəfər qalmaqdadır.

Bunlar pilot və təyyarəni qaçıran, Atlanta universitetinin professoru, misirli İbrahim Samahadır.

Bildirilir ki, İbrahim Samaha Kiprin Larnaka şəhərində yaşayan keçmiş həyat yoldaşı Marina Parasxu ilə görüşmək istədiyini bildirib. Polis artıq qadının yerini müəyyən edib və o, bu dəqiqələrdə hava limanına çatdırılır.

*   *   *12:28

Təyyarəni qaçıran misirli İbrahim Samaha ABŞ-dakı Atlanta Universitetinin professoru imiş.

Virtualaz.org xəbər verir ki, bunu “Əl-Əhram” qəzetinə Misirin güc strukturlarında bildiriblər.

*   *   *12:16

EgyptAir aviaşirkətinin A-320 təyyarəsinin bütün sərnişinləri azad olunub.

Virtualaz.org xəbər verir ki. bu barədə Avropa Parlamentinin sədri məlumat verib.

Müxtəlif mənbələrə görə, qaçırılan zaman təyyarənin göyərtəsində 50-dən 80-ə kimi sərnişin olub.

*   *   *12:10

İnternet istifadəçiləri bu gün EgyptAir aviaşirkətinin təyyarəsini qaçırmış Liviya qaçqını İbrahim Samahın fotoşəklini yayımlayıblar.

Bəzi məlumatlara görə, onun şəklini telefona təyyarədəki girovlardan biri çəkib.

*   *   *11:36

“EgyptAir” aviaşirkətinə məxsus qaçırılmış təyyarənin bütün sərnişinləri azad edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 5 nəfər qalıb.

Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.

*   *   *11:22

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib.Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Hazırda Kipr hökumətinin üzvləri təyyarəni qaçıran şəxslə danışıqlar aparırlar.

*   *   *10:54

Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “AirEgypt” aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

“Associated Press” isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

“El Balyad” xəbər portalının məlumatına görə, “EgyptAir” aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.

AFP-in dəqiqləşdirməsinə görə, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.

Məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşırlar.

*   *   *10:40

“EgyptAir” aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə TACC “Bloomberg”ə istinadən xəbər verib.

Reuters-in verdiyi ən son məlumata görə isə qaçırılan A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib.

Təyyarə İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edirmiş. Təyyarənin göyərtəsində 81 nəfərin olduğu bildirilir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın