Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Təfəkkür Universitetinin Kiyev filialının rektoru Almaniyada saxlanıldı

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Almaniyada saxlanıldı

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.

 

APA-nın məlumatına görə, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri “Facebook” sosial şəbəkəsində məlumat yayıblar. Onlar bildiriblər ki, bu gün İnterpolun əməkdaşları R. Əliyevin işlədiyi ofisə gələrək onu tutublar. O, Almaniyanın Nürnberg həbsxanasına aparılıb.

 

Qeyd edək ki, İnterpol R. Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

Xatırladaq ki, R. Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın