Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Təcili yardıma getmiş qadın həkimi döydülər

Təcili yardıma getmiş qadın həkimi döydülər

Bakıda həkim döyülüb.

Lent.az xəbər verir ki, 5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb.

Həkim qeyd edib ki, növbətçi olduğu vaxt Səttar Bəhlulzadə küçəsi 24 ünvanından çağırış daxil olub. O, briqadanın tərkibində ünvana gedib və xəstəyə yardım göstərməyə çalışıb. Bu zaman xəstənin yaxını, 1984-cü il təvəllüdlü Rzayev Zamin İslam oğlu həkimlə mübahisə etməyə başlayıb və tibb işçisini döyüb.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın