Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Sürücünü tapança ilə hədələyən şəxslə bağlı – Yeni xəbər

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı – Yeni xəbər

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.

“ Azinforum.az ” Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, videoda görünən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.

Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın