Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Araşdırma / Sürücülərin nəzərinə: Bakıda sığorta fırıldaqçıları peyda olub

Sürücülərin nəzərinə: Bakıda sığorta fırıldaqçıları peyda olub

Bakıda bir qrup sığorta fırıldaqçısı özünü sığorta agenti kimi təqdim edərək, sürücülərə ya SMS göndərir, ya da birbaşa zəng edərək icbari sığortalarının etibarsız olduğunu deyirlər. Buna inanan sürücüyə isə əlavə pul müqabilində sığortanı bərpa etməyi təklif edirlər.

“Xezerxeber” bildirir ki, bu, son vaxtlar ortaya çıxan sığorta fırıldaqçılarının ən çox istifadə etdikləri yoldur.

Sığorta eksperti Abbas Babayev deyir ki, sığorta müqavilələri avtomobilin sahibindən asılı olmayaraq öz qüvvəsində qalır. Yalnız bir halda icbari sığortaya vaxtından əvvəl xitam verilə bilər.

Bu kimi hallarla insanları aldadan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın