Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Sürücülərin mübahisəsi kütləvi davaya çevrildi -Yaralılar var

Sürücülərin mübahisəsi kütləvi davaya çevrildi -Yaralılar var

Ankaranın Yeniməhəllə qəsəbəsində avtomobil yolunda bir-birinə yol verməmək üstündə baş verən davada 6 nəfər yaralanıb.
Moderator.az Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, məhəllə sakinlərinin də qarışdığı davada polis dağılışmayan insanlara xüsusi polis avtomobilləri ilə müdaxilə edib.
Yeniməhəllədə iki sürücünün bir-birinə yol verməmək üstündə mübahisə etməsi sonra davaya çevrilib. Davaya məhəllə sakinləri də qarışıb, ərazi savaş meydanına çevrilib. Bir-birinə daş və şüşə butulkalar atan insanlar ərazidəki obyektlərə də ciddi ziyan vurublar. Dərhal hadisə yerinə çox sayda ambulans və polislər göndərilib. Yaralılar ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Hadisə ilə əlaqədar iki nəfər həbs olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın