Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Sumqayıtda ata içkili oğlunu bıçaqladı – VİDEO

Sumqayıtda ata içkili oğlunu bıçaqladı – VİDEO

Sumqayıtda ata oğlunu bıçaqlayıb.

Hadisə şəhər restoranlarından birində qeydə alınıb.

22 yaşlı Cabir Əlimərdanov əmisi oğlunun ali məktəbə qəbul olunması münasibətilə təşkil edilən mərasimdə iştirak edərkən atası onu bıçaqlayıb. Yaralı taksi ilə Bakıda yerləşən evinə yollansa da, vəziyyəti ağır olduğu üçün 1 saylı şəhər xəstəxansına gəlib. Əməliyyat olunan Cabirin vəziyyət orta-ağır kimi qiymətləndirilir.

Restoranın inzibatçısı isə hadisənin kənar ərazidə baş verdiyini bildirib. Cabir Əlimərdanov bıçaqlanan zaman içkili olub. O, atası ilə birgə yaşamır. İnsidentin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır, hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın