Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Sumqayıtda 35 yaşlı qadını zorlayıb öldürən şəxsin fotoşəkilləri yayımlandı

Sumqayıtda 35 yaşlı qadını zorlayıb öldürən şəxsin fotoşəkilləri yayımlandı

Xəbər verdiyimiz kimi, avqustun 7-də Sumqayıtda qətl hadisəsi baş verib. 1982-ci il təvəllüdlü Sevda Bayramovanı şəhər sakini 29 yaşlı Fəttah Nuriyev zorlayıb və boğaraq öldürüb.

Yerli xeberle.com saytının əldə etdiyi məlumata görə, S.Bayramova Sumqayıt məktəblərinin birində direktor müavini işləyən şəxsin gəlini olub. Mərhumun Sumqayıtda məhəllələrin birində kirayə yaşadığı bildirilir.

S.Bayramova ailəli olub, 2 övladı qalıb.

Bildirilir ki, qadını qətlə yetirmiş 29 yaşlı Fəttah Nuriyev idmanla məşğul olub və hətta nəticələri də var. Onun Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçdiyi də yayılan məlumatlar sırasındadır. Məlumata əsasən, F.Nuriyev Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 1 azyaşlı övladı var.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın