Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Sumqayıt bulvarının 2 kilometri hara “itib”?-Foto

Sumqayıt bulvarının 2 kilometri hara “itib”?-Foto

  • Sumqayıt Bulvarının uzunluğu rəsmən 4,2 km Bu yaxınlarda Sumqayıtda yaşayan tanışımın dəvəti ilə Sumqayıta qonaq getmişdim və gəlmişkən sevdiyim şəhəri,onun Dənizkənarı bulvarını gəzdim,açığı xoşuma da gəldi. Lakin Sumqayıt Bulvarındakı restoranların birində yemək yeyəndən sonra tanışımla bulvarı bir başından o başına gəzərgən təsadüfən maraqlı bir fakt aşkar etdim.
    Belə ki,bildiyiniz kimi rəsmi məlumatlarda,rəsmi saytlarda və demək olar ki,bütün mətbu orqanlarda Sumqayıt Dənizkənarı bulvar kompleksinin uzunluğunun Xəzər dənizinin sahili boyunca 4,2 kilometr(bəzi mənbələrdə 4 km olması göstərilir) olması göstərilir.Amma təsadüfən əlim düyməyə dəydi deyə telefonumdakı məsafəni ölçən proqram işə düşdü və məlum oldu ki,bulvarın uzunluğu rəsmi məlumatlarda qeyd olunan kimi 4,2 kilometr yox, heç 2,5 km deyil,2km-dən bir qədər artıqdır.
    Təəccüb etdim deyə maraq üçün təzədən ölçdüm. Özü də mən bu dəfə bulvarın qapılarından-girişindən də artıq nöqtədən ta axırıncan,gəmilərin gedəcəyi planlaşdırılan ,dənizin içinə gedən estakadayacan,yəni ölçünü başlanğıcından axıradak, artıqlaması ilə götürdüm.
    Mən yenə gəldiyim nəticəyə inanmadım,fikirləşdim bəlkə proqram səhv qeyd edir,buna görə Google Map-a (Quqlun kartası)
    girdim və bütün dünyanın etibar etdiyi,sanballı ,mötəbər resurs da bunu təsdiq etdi və orada uzunluq bir qədər çox göstərsə də umumən yaranan şübhələri təsdiqlədi.
    Siz özünüz də müstəqil bəlli məsafəni ölçə bilərsiz və gəldiyim nəticəyə gələ bilərsizniz.Bəlkə də əslində ola bilsin uzunluq ,bulvarın ilkin proyektinə görə 4,2 olmalı idi,sonda belə alınıb,amma fakt budur ki,indi məsafə müəyyən etdiyim kimidir.Hətta bulvarın kənarında bulvar boyu paralel uzanan avtomobillə də getsəz sərf olunan kilometrajla da buna əmin olmaq olar.
    İndiki internet əsrində məsafəni müxtəlif vasitələrlə, proqramlarla dəqiq müəyyən etmək elə də çətin məsələ deyil fikrimcə.Əlbəttə bu ölçülərdə 5-10 metr əskik-artıq,”plyus-minus” fərq ola bilər amma 2 km heç zaman. Düzdür Bulvarın qurtacağında, “Priçal” restoranının yanından düz gedən yarımçıq tikili-yol var,amma bu da ,bulvarın girəcəyində Corata tərəf gedən çıxıntı da heç 50 metr olmaz. Qeyd etmək ki, tikintisi 2015-ci ilin oktyabrında başlanılan Sumqayıt Bulvarı keçən ilin senyabrında istifadəyə verilib və ümumi sahəsi 106 hektar olan bulvarın açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib.
  • Mətbuatda oxudum ki, Sumqayıt Bulvarı hətta bu il “İnternational Award for Excellence & Leadership” mükafatına da layiq görülüb.
    Əlbətt etiraf etmək lazımdır ki, Sumqayıt Bulvarı həqiqətən də diqqətəlayiqdir və gözəl olduğu üçün sumqayıtlıların,gələn qonaqların da çox güman xoşuna gəlir,amma maraqlıdır ki,bəs niyə görəsən onun uzunluğu rəsmi ölçüdən qısa gəlir?!
    Məqsəd nədir?Ola bilməz axı tikintisinə milyonlar xərclənən bulvarın real uzunluğundan bulvarın tikintisini aparanların və şəhər rəhbərliyinin xəbəri olmasın…
    Görəsən bulvarın uzunluğunu müəyyən edəndə aidiyyatı qurumlar nəyə əsalanıblar ki, neçə kilometr artıq yazıblar?

  • Vaqif, Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …