Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Araşdırma / Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? – VİDEO

Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? – VİDEO

Sovet dövründə Azərbyacana xarici dövlət başçılarının məhdud səfərləri baş tutub.
Yadda qalan səfərlərdən biri də Türkiyənin sabq prezidenti Süleyman Dəmirəlin Bakıya səfəridir.

1967-ci ildə Bakıya gələn Dəmirəl burada çox isti qarşılanıb.

O, Azərbaycana SSRİ-yə səfəri çərçivəsində gəlmişdi.

Bakıda Azərbaycan SSR Nazirlər Sovetinin sədri ilə görüşən Dəmirəl şəhərə gəzməyə çıxıb. Daha sonra Sumqayıta yola düşüb. Axşam Bakıya qayıdan Dəmirəl “Rostov”-“Neftçi” oyununun ikinci hissəsini seyr edir.

Bakıda hazırkı “İstiqlaliyyət” küçəsi ilə gəzən Dəmirəl Şirvanşahlar sarayına baxıb və ənənəsinə uyğun olaraq şapkasını çıxararaq xalqı salamlayıb.

Dəmirəl Bakıya ilk səfərini sonradan belə xatırlayacaqdı: “Mən 1967-ci ildə Türkiyənin baş naziri olaraq Bakını ziyarət etdim, o zaman Sovetlər Birliyi ilə Türkiyə arasında münasibətlər yeni yaranırdı. Başlanğıc idi. O zaman münasibətlər qapalı idi. Bu ziyarət zamanı Bakı məni çox gözəl qarşıladı. Sanki Türkiyənin hər hansı bir yerində, İzmirdə, Adanadakı kimi coşğu ilə qarşılandım. Bunu heç unutmuruq”.

2001-ci ildə Azərtac-a verdiyi müsahibədə isə Sumqayıtı xatırlamışdı: “Sumqayıt şəhərini tanıyıram. 1967-ci ildə Azərbaycana gəldiyim zaman oraya getdim. Möhtəşəm bir şəhərdir. Orada hər şeyin hərəkətə gətirilməsini də çox böyük məmnuniyyətlə qarşılayıram”.

Həmin səfərdən çəkilmiş nadir kinoxronikanı oxuculara təqdim edirik. Bu görüntüləri telejurnalist Füzüli Sabiroğlu öz arxivindən paylaşıb.

Kadrlarda Dəmirəli müşayiət edən rəsmi şəxslər arasında Azərbaycan SSR-nin xarici işlər naziri Tahirə Tahirovanı və Dövlət Təhlükəsilziyi Komitəsinin o vaxt sədri olmuş Heydər Əliyevi də görmək olur.

Həmçinin oxuyun

Yelisey sarayından başlayan FİFAgeyt – Araşdırma

FİFA tarixinin 2015-ci ildə baş verən ən böyük korrupsiya qalmaqalını dünya jurnalistləri “FIFAgeyt” adlandırırdılar. Həmin …