Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı “Bandotdel”ə aparıldı

Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı “Bandotdel”ə aparıldı

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Fərid Məmmədov dünən – mayın 22-də həbs edilib.

“Bank Technique”nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.

Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.

Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra “Bank Technique”nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın