Bir neçə ay öncə Bakıda, “Ladi Sharm” brend geyim mağazalarında saxta
etikətlərlə satışa çıxarılan malların aşkar olunması ictimaiyyət
arasında birmənalı qarşılanmadı. Mütəşəkkil Cinayətkarlığa Qarşı
Mübarəzı Baş İdarəsinin aşkar etdiyi bu cinayət əməlində kimlərin
günahkar olmasından çox, alıcıların aldadılması daha çox müzakirə
olundu. Daha sonra dövri mətbuat,elektron kütləvi informasıya vasitələri
və sosial şəbəkələr bir çox brend geyim mağazalarında analoji halların
baş verməsi barədə geniş məlumatlar yaydı. Sonra da sanki qurbağa gölünə
daş atdılar. Hər şey öz axarına döndü.
Aktualinfo.org
olaraq bu yöndə apardığımız araşdırmalar tam yekunlaşmasa da, əldə
etdiyimiz bəzi məlumatların oxucular arasında böyük maraq doğuracağını
nəzərə alaraq bir sıra məqamları geniş ictimaiyyətin diqqətinə çatdırmaq
istərdik. Xarici ölkələrə tez-tez gedən tanışların sözlərinə görə
Bakıdakı brend geyim mağazalarının əksəriyyətində satılan mallar,
xarıcdə alınma qiymətindən qat-qat baha satılır.Əgər nəzərə alsaq ki, bu
mağazalar xarici ölkələrdən geyim mallarını və digər aksesuarları
topdansatış qiymətinə alırlar,onda qiymətlərin daha da çox baha olduğunu
görmüş olarıq. “Ladi Sharm” mağazasındakı məlum olaydan sonra Bakıda
sorgusu aparılmış bir çox brend mallar mağazasında məhsulun sertifikatı
və alınma qiyməti müxtəlif bəhanələrlə gizlədildiyi məlum oldu. Bunun da
səbəbi bəllidir. Xarıcdən gətirilən malların gömrük bəyannaməsində
ölkəyə gətirilən malların istehsal tarixindən tutmuş, alınma
qiymətlərinə qədər bütün məlumatlar göstərilir. Həmin bəyyannaməyə
əsasən tutulan gömrük rüsumundan əlavə gəlirdən dövlətə vergi də nəzərdə
tutulur. Amma görəsən gömrük bəyannaməsində göstərilənlər mallarla
gətirilənlər eynimi olur? Yaxud da sözügedən malların satışından dövlətə
vergi ödənilirmi?
Aktualinfo.org-un
apardığı araşdırdrmalardan belə məlum oldu sözügedən brend geyim
mağazalarının böyük əksəriyyəti imkanlı dövlət məmurlarına məxsusdur və
bu mağazalarda il ərzində külli miqdarda vergidən yayınma hallarına yol
verilir. Qeyd edək ki, dünyaca məşhur “New Yorker”,”Next”, “Manqo” və
“Celio” kimi brend malların Bakı şəhərindəki mağazalarda satışını “SSİ
RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Vergilər Nazirliyi
yanında Bakı şəhəri Lokal Gəlirlər Departemində vergi ödəyicisi kimi
qeydiyyata durmuş “SSİ RETAİL” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı
şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 115 də qeydiyyatdan keçib.
Nizamnamə kapitalı 25000000.00 manat olan cəmiyyətin Vergilər
Nazirliyində qeydiyyata alınmış rəsmi nümayəndəsi Qarayev Şahin Saleh
oğludur. Azərbaycanda 25000000.00 manat nizamnamə kapıtalına malık bir
MMC sahıbınin o qədər də tanınmadığı başqa mətləblərdən də xəbər verir.
Yəni Şahin Qarayevin adı burada formal olaraq da göstərilə
bilər.09.06.2003 cü ildən dövlət qeydiyyatına alınmış cəmiyyətin hüquqi
ünvanı Səbail rayonu Rəsul Rza ev 3 göstərilib. Qeyd edək ki, “New
Yorker”,”Next”, “Manqo” və “Celio kimi brend geyim mağazaları Bakının ən
məşhur ticarət mərkəzlərində geniş mağazalar icarəyə götürüb ki, elə bu
mağazaların aylıq icarə haqqı milyonlarla vəsait edir. Sahıbı “SSİ
Retail” MMC olan mağazalar tərəfindən məlumatlara görə il ərzində külli
miqdarda vergidən yayınma hallarına yol verir. Bu da onların qanunsuz
yollarla külli miqdarda vəsaitlər əldə etməsinə gətirib çıxatrır. Əldə
olunan həmin qanunsuz gəlirlər isə müxtəlif yollarla xarici ölkələrə
ötürülür. Məsələn məlumatlara görə “SSİ Retail” MMC-nin hesablarından
İsrailə, Pribaltika ölkələrinə və bir çox Avropa ölkələrinə tez -tez
pullar köçürülür. Pulların hansı məqsədlə köçürülməsi bizə məlum olmasa
da, MMC-nin tez- tez bank hesablarını dəyişməsi barədə bizə verilən
məlumatlarda şübhəli məqamlar çoxdur. Məlumatlara görə “SSİ RETAİL” MMC
il ərzində ofşor zonalara təyinatı məlum olmayan pullar köçürür ki,
sonradan iz itirmək məqsədi ilə bank hesablarını dəyişir. Bəs görəsən
həmin pullardan Vergilər Nazirliyinin, Dövlət Maliyyə Nəzarəti
Xidmətinin məlumatı olurmu? İl ərzində ölkədən çıxarılan külli miqdarda
pulun hansı məqsədlə çıxarılmasından şübhəsiz bütün quruimlar xəbərdar
olur. Buna sadəcə göz yumulur. Bəs sözügedən cəmiyyətin Azərbaycanda
vergidən yayınmaq yolu ilə əldə etdiyi pulları xarıci ölkələrə
köçürməkdə məqsədi nədir?
Qeyd
edək ki, ofşor zonalar dünya biznesində vergidən yayınma və çirkli
pulların yuyulmasında əsas sahələrdən biridir. Məlum olduğu kimi bu gün
Britaniya, ABŞ Atlantik okeanında yerləşən adalarda ofşor zonalar daha
geniş yayılıb. Məlumatlı şəxslərin sözlərinə görə bu, yalnız Qərb
ölkələrinə xas olan hal deyil. Ərəb dövlətlərinin də nəzarətində olan
ofşor zonaları var. Ərəb ölkələrinin ofşor zonaları ilə qərb
dövlətlərinin ofşor zonası arasında fərq ondan ibarətdir ki, Qərb
dövlətlərində ofşor zonalarda ticarət, biznes, iqtisadi əməliyyatlarla
bağlı məlumatlara çıxış daha asandır. Ərəb dövlətlərinin ofşor zonasında
oraya qoyulan kapital, kapitalın kimə məxsus olması, həcmi, dövriyyəsi
ilə bağlı məlumatlar bir növ kommersiya sirri sayılır
Məsələn
Karib adaları çirkli pulların yuyulmasında ən çox adı hallanan ölkələrə
(Nevis, Vircin adaları, Sent-Vinsent və Qredadin) aiddir. Həmin
ölkələrdə ya vergilər ümumiyyətlə olmur, ya da vergilər ofşor şirkətlərə
şamil edilmirsə, Men adalarında (Qernsi və Cersi – Şimali Avropa) ofşor
şirkətlər vergi ödəmirlər. Bir neçə yüz funt il illik ödənişdən başqa
audit, maliyyə hesabatlılığı tələb olunmur. Bunlardan fərqli olaraq
Aralıq dənizi ölkələrində (Cəbəllütariq, Kipr) şirkət sahibləri haqqında
məlumatlar açıq olur. Audit yalnız Kiprdə tələb olunur. Yeri gəlmişkən,
postsovet məkanı ölkələrinin iş adamları əsasən Kiprin ofşor
zonalarından istifadə edirlər. Qeydiyyatın bir qədər baha olduğu zona
isə nüfuzlu Avropa ölkələri İsveçrə, Lixtenşteyn və Lüksemburqdur.
Məlumatlara görə Cənub-Şərqi Asiya və Sakit okean ölkələrindən isə ofşor
zonaya Honkonq, Sinqapur, Malayziya, Labuan adası daxildir. Burada
audit tələb edilir, sahiblər haqqında detallar qeydiyyatdan keçirilir.
Honkonq və Sinqapurda vergi yoxdur
Göründüyü
kimi qanunsuz yollarla əldə olunan gəlirlərin leqallaşdırılması
məqsədilə pulların xaricdə yuyulması üçün bizlərə bəlli olan nə qədər
yerlər var. Bəs bizlərə məlum olmayan görəsən nə qədər belə yerlər var?
Ölkədən ofşor zonalara pullar hansı yollarla ötürülür. Bunun bir neçə
üsulu var. Nizamnamə kapitalı 10-15 manat olan bir MMC yaradılır. Həmin
MMC nin bank hesabından hansısa bir xarıcı ölkədən mal material,
avadanlıq alınması üçün xaricdə yaratdıqları özlərinə məxsus firmalara
pul köçürülür.Maraqlıdır görəsən Azərbaycanda dövləti aldatmaq bu
qədərmi asan və sadədir? Əlbəttə yox,sıradan bir şəxs ölkədən qanunsuz
olaraq heç 1000 manat belə cıxara bilməz. Bu pulları ancaq xarıcı
ölkələrdə milyonlarla dəyəri olan əmlak alanlar çıxara bilər. Onlar
kimlərdir?
Bir
neçə aydır ki, bir sıra dövlət məmurlarının xarici ölkələrdəki var
dövləti barədə dövri mətbuatda yayılan məlumatlar ölkə ictimaiyyətinə
heç də sirr deyil. Demək olar ki, sosial şəbəkə istifadəçilərinin böyük
əksəriyyəti bu yayılanlara hansısa formada münasibət bildirir,
narazılığını ifadə edir. Azərbaycan Beynəlxalq Bankı ətrafına baş
verənlərdən sonra Milli Bankın rəhbəri Elman Rüstəmovun, onun qudası
Meliorasıya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd
Əhmədzadənin, sabiq Vergilər nazırı Fazıl Məmmədovun, keçmiş Kənd
Təsərrüfatı nazıri İsmət Abbasovun xarici ölkələrdə üzə çıxan
əmlaklarına hər gün bir yeni sima daxil olur.Artıq bu siyahıya rayon
İcra Hakimiyyəti başçılarının da adları əlavə edilir ki bu da əhalı
arasında geniş müzakirələr yaradır, narazılıqlara səbəb olur. Əhalinin
narazılığına səbəb olan bu kimi talama halları məhz ofşorlar vasıtəsi
ilə həyata keçirilir. İndi təsəvvür edin bir MMC il ərzində vergidən
yayınmaq yolu ilə əldə etdiyi gəlirləri çox asan yollarla xarıcə çıxara
bilirsə,əlində səlahiyyətləri olanlar nələr edir?
Aktualinfo.org
Həmçinin oxuyun
Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər
Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …