Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Space” telekanalının ətrafını üfunət bürüdü – FOTOLAR

“Space” telekanalının ətrafını üfunət bürüdü – FOTOLAR

Neçə gündür ki, kanalizasiya quyusundan çirkab sular ətrafa axır…

Bir həftəyə yaxındır ki, Yasamal rayonu Seyfəddin Dağlı küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişdiyi ərazidə -“Space” kanalının düz qarşısında  kanalizasiya quyularından birindən çirkab sular axmaqda davam edir. Moderator.az əməkdaşının verdiyi məlumata görə, bir neçə dəfə rayonun müvafiq qurumundan gələn fəhlələr axıntını kəsməyə çalışsalar da, qısa fasilədən sonra yenə də çirkab qoxulu suların axması bərpa olunub. Kanalizasiyadan axan murdar su avtomobil yolunun kənarı, insanlar hərəkət edən səkinin yanı ilə 40-50 metr məsafə qət edərək digər quyuya tökülür. Bu da sanitar-epidomioloji baxımdan çox təhlükəlidir…
Ətrafdakı yaşayış və ictimai binaların sakinləri üfunətdən mənzillərində də rahat otura bilmirlər. Materialı hazırladığımız dəqiqələrdə fəhlələr, nəhayət, çirkab suyun qarşısını ala biliblər. Ancaq axıntının yenidən bərpa olunub-olunmayacağı sual altındadır. Eyni zamanda küçəyə toplanmış sular hələ də ətrafa infeksiya təhlükəsi saçır…
Əlaqədar hökumət qurumlarının diqqətinə çatdırırıq ki,  sözügedən ərazi yaşayış və ictimai binaların sıx yerləşdiyi, əhalinin gur  gediş-gəlişi olduğu bir məkandır. “Space” kanalından əlavə, yaxınlıqda Azərbaycan Milli Konservatoriyasının binası, 225 saylı tam orta məktəb, gimnaziya, “Favorit” supermaket şəbəkəsi, bir neçə özəl bank, aptek və s. yerləşir. Eləcə də həmin kanalizasiya quyusunun yaxınlığında bu yaxınlarda açılmış ərzaq yarmarkası fəaliyyət göstərir. Və ən başlıcası,  5-10 addımlıqda Qarabağ şəhidlərindən birinin adını daşıyan  müqəddəs bulaq var…

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …