Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Sosiska və kolbasalar xərçəng riskini artırır

Sosiska və kolbasalar xərçəng riskini artırır

Adil Qeybulla: “Bu qidaların mədə, ağciyər və qalxanabənzər ,süd vəzi xərçəngi yaratma ehtimalı yüksəkdir”

Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqlam yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini “Avropa xərçəng” jurnalında dərc ediblər. Mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut edib.

260 min xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb. Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30 faiz artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda qrup təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapmayıb. Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir.

Maraqlıdır, süd vəzi xərçənginə tutulmamaq üçün mağaza vitrinlərində görərkən almaqdan vaz keçə bilmədiyimiz sosiska, kolbasadan imtina etməliyikmi? Ümumiyyətlə, bu məhsulları nə qədər istifadə edə bilərik ki, səhhətimizdə problemlərə səbəb olmasın?

Adil Qeybulla: ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ümumiyyətlə, hisə verilmiş və konservləşdirilmiş məhsulların qəbul edilməsi orqanizm üçün zərərlidir: “Bu qidaların mədə, ağciyər və qalxanabənzər, süd vəzi xərçəngi yaratma ehtimalı yüksəkdir. Bu konsenegenlər uzun müddət bədənə daxil olduqda bədəndə toplanır və xərçəng şişlərinin əmələ gəlməsinə səbəb olur. Nəinki sosiskalar, ət məhsulları, digər konservə olunmuş qidaların hamısı ziyandır. Bundan başqa, sosiskanın tərkibinə müxtəlif süni qatqılar qatılır ki, tez xarab olmasın. Ət məhsulları tez xarab olmasın deyə qida əlavələri daxil edilir ki, bu da insan səhhəti üçün zərərlidir. Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşlarının statistikası birmənalı deyil. Amma konkret olaraq bir qrup əhalinin müayinəsi nəticəsində ortaya çıxan bir məsələdir. Yəni təkcə o faktor rol oynamır. Siqaret çəkmək, çirkli atmosfer havası, avtomobilin motorundan natamam yanma məhsullarının xaric edilməsi də bu məsələdə rol oynayır və xərçəngə zəmin yarada biləcək səbəblər arasındadır”.

Mütəxəssislərin rəyinə görə, hazırda ucuz kolbasa-sosiska növlərində ət, demək olar ki, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu “ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. 

Bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas vəzifəsi məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Güclü immun sistemi bu hüceyrələri zərərsizləşdirir. Lakin immun sistemi müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyən insanlarda sağ qalmış  xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər. Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosiska məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya ətə uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduqca çoxdur. Daim böyük dozalarda  orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Bundan başqa, alimlərin araşdırmasına görə, həftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür. Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropada 1800 insan üzərində araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda nitratların artıq olduğunu göstərib. Qurudulmuş, hisə verilmiş, bişmiş və ya qablaşdırılmış ət məmulatlarının müalicəsi var. Amma alimlər bekon, vetçina, kolbasa, sosiska və paştet kimi məmulatları araşdırıblar. Alimlər kolorektal xərçəngə tutulmuş 9 min insanın qanı ilə xəstə olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektalı xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …