Ana səhifə / Araşdırma / “Son zəng”də qan töküldü – Qıza görə bıçaqlandılar

“Son zəng”də qan töküldü – Qıza görə bıçaqlandılar

Gədəbəydə “Son zəng” şənliyində iki nəfər bıçaqlanıb.

Kəpəz TV (Region TV)-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdənkənar təşkil olunan “Son Zəng” şənliyində kütləvi dava baş verib.

Dava zamanı əmi oğlanları – Yaşar və Röyal Nəbiyevlər bədənin müxtəlif nahiyyələrindən bıçaq xəsarətləri alıblar. Yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gəncədə müalicə alan 21 yaşlı Yaşar Nəbiyevin səhhəti orta-ağır qiymətləndirilir. 18 yaşlı Royal Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunub. Vəziyyəti nisbətən ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, Nəbiyevlərin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik dəqiq məlum deyil. Buna baxmayaraq, davanın iştirakçısı olan bir nəfər – 17 yaşlı Sərxan Tağıyev şübhəli şəxs kimi saxlanılıb.

İlkin məlumatlara görə, bıçaq davası sərxoşluq zəminində baş verib. Gənc yaşlarında eşqə düşən həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.

Faktla bağlı cinayət işi başlanıb. Bu və digər versiyalar üzrə kütləvi davanın motivi araşdırılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın