Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Şok: Erməni generalın evində dəhşət – Video/18+

Şok: Erməni generalın evində dəhşət – Video/18+

Həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatları məlum olub.

Axar.az xəbər verir ki, axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb.

Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olduğu üzə çıxıb.

Bundan başqa, general Manvel Qriqoryanın evindən 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni döyüşçüsünü asaraq öldürdüyünü əks etdirən video və fotoşəkil də aşkarlanıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində axtarış aparıb. Axtarış zamanı generalın iqamətgahından üzərində “Əsgər payı” yazısı olan çoxlu sayda ət konservi və satışı qadağan edilən məhsullar, çoxlu siqaret, əsgər paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr tapılıb.

Qriqoryan Qarabağ müharibəsində Füzuli və Cəbrayıl rayonları istiqamətində aparılan döyüşlər zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirənlərdən biri olub. O, həmçinin Aprel müharibəsi zamanı Bakıya qarşı sərt çıxışlar edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …