Ana səhifə / Araşdırma / SOCAR rəsmisinin kartından 80 min manat oğurlandı

SOCAR rəsmisinin kartından 80 min manat oğurlandı

“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.
Azinforum.az-ın APA-ya istinadən verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: “Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib”.
K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.
Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın