Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Araşdırma / “SOCAR Methanol” batdıqca batır: AzərTAC qanunu pozan tender elanlarını niyə yayımlayır?+FOTOLAR

“SOCAR Methanol” batdıqca batır: AzərTAC qanunu pozan tender elanlarını niyə yayımlayır?+FOTOLAR

Avqustun 17-də tender elan edən və elanı vaxtı bitdikdən (27 avqust) 3 gün sonra (30 avqustda) rəsmi saytına yerləşdirən “SOCAR Methanol” MMC düşdüyü duruma hələ də aydınlıq gətirməyib.

Son müraciət tarixi 27 avqust olan elanın 3 gün sonra sayta yerləşdirilməsi mediada tənqid edildikdən sonra adıçəkilən şirkət KİV-ə təkzib göndərib. AFN-ə də daxil olan təkzib məktubunda qarşı tərəf iddia edir ki, elan şirkətin rəsmi saytına 30-da deyil, 17-də yerləşdirilib: “SOCAR Methanol” MMC tərəfindən katalizatorların alınmasına dair açıq tenderin keçirilməsi haqqında elan 30 avqust 2018-ci il tarixdə deyil, əksinə, 17 avqust 2018-ci il tarixdə (yəni tender sənədlərinin təqdim edilməsi üçün 10 gün müddət verilmişdir) bizim rəsmi saytımızda dərc edilmişdir və bu barədə bir sıra mötəbər kütləvi informasiya vasitələrinə, o cümlədən Azərtac dövlət informasiya agentliyinə (https://azertag.az/xeber/SOCAR_Methanol_katalizator_alir-1187482) müvafiq məlumat verilmişdir”.

MMC tərəfindən redaksiyamıza göndərilən məktubda bizdən həmin məlumatın “dərhal silinməsi” və təkzib verilməsi tələb (?) edilir.

Əvəzində həmin gün – 01 sentyabr 2018-ci il tarixində AzərTAC Dövlət Agentliyində yeni tender elanı dərc olunub (https://azertag.az/xeber/1190769). Həmin elan şirkətin rəsmi saytında 31 avqust tarixində dərc edilib. Avqustun 17-dən 27-dək müddətdə keçirilən tenderin avqustun 30-da dərc edilən elanı isə MMC-nin rəsmi saytından yığışdırılıb. Xatırladaq ki, birinci elanda SOCAR Methanol” MMC katalizatorlara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi, ikinci elanda “SOCAR Methanol” müəssisənin müəyyən etdiyi (elanın bu hissəsində də tender qanunvericiliyi kobud surətdə pozulur. Belə ki, katalizatorların sayı, müddəti barədə heç bir məlumat verilmir-red.) katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi üzrə açıq satınalma müsabiqəsindən bəhs edilir. Üstəlik, müraciətlər üçün cəmi 5 gün vaxt verilir – ən geci sentyabrın 5-i müddəti təyin edilir.

Məsələni ilk olaraq gündəmə gətirən ekonews-un tənqid hədəfinə tuş gələn http://socarmethanol.az/news/view-article/116 linkli xəbər isə şirkətin rəsmi saytından artıq yığışdırılıb. Bununla belə, hələ xəbərin “izini” Google axtarış sistemindən tapmaq olur.

AFN olaraq “SOCARMethanol”un [email protected] elektron ünvanına (birinci yazı ilə bağlı təkzib məktubunun gəldiyi ünvan-red.) məktub yazaraq AzərTAC-da avqustun 17-si və sentyabrın 1-də yerləşdirilmiş tender elanları ilə bağlı aydınlaşdırma xahiş etdik. Cavabında bildirildi ki, həmin elanlar fərqli tenderlər haqdadır. Bu zaman isə ortaya fərqli suallar çıxır: əgər elanlar fərqli tenderlər haqdadırsa, o zaman avqustun 30-da sayta yerləşdirilən birinci elan niyə saytdan götürülüb? Digər bir tərədən, avqustun 31-də yerləşdirilmiş elan başqa elandırsa, o zaman tenderə müraciət müddətinin cəmi 5 gün müəyyənləşdirilmədi hansı qanunvericiliyə uyğundur? Bu sualları da şirkətə ünvanladıq. Ümid edirik ki, alacağımız cavab şirkətin tender idarəçilərinin daha da batmasına deyil, vəziyyətdən çıxmasına xidmət edəcək.

P.S. AzərTAC rəhbərliyinin də məsələyə aydınlıq gətirəcəyini gözləyirik. Tender qanunvericiliyinin pozulması ilə verilən elanın rəsmi KİV-də dərci yolverilməzdir.

"SOCAR Methanol" batdıqca batır:

"SOCAR Methanol" batdıqca batır:

"SOCAR Methanol" batdıqca batır:

"SOCAR Methanol" batdıqca batır:

"SOCAR Methanol" batdıqca batır:

HƏBİBƏ

Həmçinin oxuyun

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. Paytaxt sakinlərinin …