Ana səhifə / Araşdırma / SOCAR-ın vəzifəli əməkdaşı “MTN işi”ndə ifadə verib: “200 min dolları manata çevirəndə tutdular”

SOCAR-ın vəzifəli əməkdaşı “MTN işi”ndə ifadə verib: “200 min dolları manata çevirəndə tutdular”

Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiya tərəfindən Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılıb. Məhkəmə prosesindəki fasilədən sonra jurnalistlərə açıqlama verən Sübahir Qurbanovun vəkili Azər Tağıyev deyib ki, iclasda zərərçəkmiş şəxslərdən Elçin Kərimov ifadə verib. SOCAR-ın vəzifəli əməkdaşı olan E.Kərimov bildirib ki, onu və digər zərərçəkmiş İlham İbrahimovu nazirlikdə bir gün saxladıqdan sonra buraxıblar.

Onun szölərinə görə, MTN əməkdaşlarından Rüfət adlı şəxsin istəyini yerinə yetirərkən saxlanılıb: “Rüfət məndən altı karatlıq brilliant tapmağımı istədi. Mən də İlham İbrahimovdan xahiş etdim. Çünki o, qızıl alveri ilə məşğul idi. İlham bildirdi ki, onda həmin qızıl var. Mən həmin qızılı İlhamdan almaq üçün 200 min dolları manata çevirmək üçün banka getdim. Bu zaman MTN əməkdaşları məni tutdu. Bir gün saxladıqdan sonra gördülər ki, qanunsuzluq etməmişəm, buraxdılar”.

Məhkəmədə zərərçəkmiş Zeynal Şəfiyev də ifadə verib. O, bildirib ki, 2011-ci ildə onu saxta qızıl satma ittihamı ilə MTN əçəkdaşları tutub. Barəsində cinayət işinin başlanmaması üçün evini sataraq 12 min dolları MTN-ə verib. Zərərçəkmiş Sübahir Qurbanovu tanımadığını deyib.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın