Cümə , Oktyabr 30 2020
Ana səhifə / Araşdırma / Şöbə rəisi dələduzluğa görə həbs edilib- ev dustaqlığına buraxılmadı

Şöbə rəisi dələduzluğa görə həbs edilib- ev dustaqlığına buraxılmadı

Dələduzluqda təqsirləndirilən müstəntiq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə T.Qurbanov  barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Ancaq vəsatət təmin edilməyib.
Qeyd edək ki, T.Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. Daha sonra o, həmin şəxslərə pullarını geri qaytarmayıb. Zərəçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
T.Qurbanov məhkəmədə əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışdığını, Vəkillər Kollegiyasının üzvü olduğunu deyib.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın